Əlavə məlumat
"Olympic Residence", keçmiş “Atletlər kəndi”, Bakının ən iddialı
yaşayış məkanına çevrilir. Burada tarixi idman ruhu və təbii mühit birləşərək, müasir şəhər həyatını yeni mərhələyə yüksəldir.
LAYİHƏNİN ÜSTÜNLÜKLƏRİ:
Yaşam üçün hazır: Təmirli, mebelli, çıxarışlı və məişət texnikası ilə təchiz olunmuş mənzillər.
Strateji yerləşmə: Heydər Əliyev prospekti üzərində; "Koroğlu" metrosu, dəmiryolu stansiyası və BNA avtobus terminalına cəmi 2 dəqiqəlik piyada məsafəsi.
Şəxsi parkınız: Şəhərin mərkəzində sakinlərə özəl 12 hektarlıq geniş və yaşıl həyətyanı sahə.
Təhlükəsizlik: Bütün ərazidə uşaqların və sakinlərin təhlükəsizliyini təmin edən 24/7 mühafizə.
İdman sahələri: Velosiped sürmək üçün ayrılmış yollar, 1 futbol və 2 tennis meydançası.
SATIŞDA OLAN MƏNZİLLƏR
4 blokda 86 mənzil - Ayrı mətbəxli, təmirli və mebelli mənzillər (1 və 3 yataq otaqlı, 109 - 237 m²).
12 Dupleks - Binanın yuxarı mərtəbələrində yerləşən geniş panoramalı mənzillər (təmirsiz/qara suvaq, 218 – 477 m²).